TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib

SAĞLAMLIQ
11:00 27.11.2024
629
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciəti qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, tibb məntəqələrinə müraciət edənlərin sayı 199 nəfər, təcili yardım briqadalarına müaciət edənlər isə 492 nəfər təşkil edib. 107 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bir xarici vətəndaş üzərində Yeni Klinikada cərrahi əməliyyat (bridektomiya, appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdə ambulator müalicə üçün buraxılıb.

İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar.

Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb. Bura Azərbaycan, Hindistan, ABŞ, Keniya, Çin, Misir, Pakistan, Böyük Britaniya, Zimbabve, Braziliya, Hollandiya, Argentina, Banqladeş, İrlandiya, Konqo, Türkiyə, İordaniya, Malavi, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Beliz, CAR, Danimarka, Kamerun, Kolumbiya, Tonqa, Uqanda, Almaniya, Anqola, Barbados, Belarusiya, Burkina-Faso, Burundi, Rusiya, Benin, Əlcəzair, İraq, İspaniya, İsrail, İtaliya, Mərakeş, Nepal, Nigeriya, Özbəkistan, Palau, Polşa, Portuqaliya, Qana, Səudiyyə Ərəbistan, Sinqapur, Slovakiya, Ukraniya, Yaponiya, Antiqua and Barbuda, Esvatini Fici, Gürcüstan, İndoneziya, İran, İsveçrə, Kanada, Kiribati, Kosta-Rika, Lesoto, Liberiya, Livan, Malayziya, Maldiv, Mali, Malta, Mavritaniya, Mikroneziya, Norveç, Papua-Yeni Qvineya, Qambiya, Qazaxıstan, Qırğızıstan, Sudan, Suriya, Tanzaniya, Tayland, Toqo, Trinidad və Tobaqo, Tunis, Vanuatu və Yunanıstan kimi ölkələr daxildir.

Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar, hipertenziyalar, qastroenteroloji patologiyalar, nevrotik–emossional reaksiyalar, müxtəlif orqan və sistemlərin alqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarət olub.

Xatırladaq ki, konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadası tədbirin keçirildiyi müvafiq ərazilər üzrə xidmət göstərib. Eyni zamanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, "Koroğlu”, "28 May”, "Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər