TƏBİB-dən Bakıda marketdə silahlı atışma ilə bağlı RƏSMİ AÇIQLAMA

TƏBİB-dən Bakıda marketdə silahlı atışma ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
14:13 04.03.2023
235
Xəbər verdiyimiz kimi, Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən AZXEBER.COM-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR