TƏBİB-dən bir vaksinin bölünərək iki nəfərə vurulması iddialarına CAVAB

TƏBİB-dən bir vaksinin bölünərək iki nəfərə vurulması iddialarına CAVAB
SOSİAL
21:59 01.04.2021
978
"Bu gün səhiyyə sistemində 100 mindən çox insan çalışır. Respublikanın hər rayonunda məntəqələr açmışıq və vaksinasiya prosesi gedir. Əgər hər hansı məntəqədə nöqsanla qarşılaşırlarsa, mütləq onu konkret şəkildə bildirməlidirlər və bu, araşdırılmalıdır”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Bir doza vaksinin bölünərək iki nəfərə vurulması məsələsinə gəlincə departament rəhbəri bildirib ki, bununla bağlı heç bir rəsmi şikayət almayıblar.

"Biz də bunu sosial şəbəkələrdə oxumuşuq. Neqativ hallar daha çox növbələrlə bağlı olur. İnsanların bir yerə kütləvi toplanması ilə bağlı şikayətlər var. Bəzən şəkillər də göndərirlər. Xüsusən havalar soyuq olanda insanları açıq havada gözlədə bilmirdik. Amma çalışırıq ki, məsələyə dərhal reaksiya verək. Hansı rayonda, hansı məntəqədə belə hadisə baş veribsə, dərhal məntəqənin rəhbərləri ilə əlaqə saxlayırıq. Orada vəziyyəti tənzimləməyə, insanlar arasında sosial məsafənin gözlənilməsinə çalışırıq”.
OXŞAR XƏBƏRLƏR