TƏBİB-dən Hindistan ştammı ilə bağlı AÇIQLAMA

SAĞLAMLIQ
13:04 07.05.2021
505
Azərbaycanda Hindistan ştammının aşkarlanması ilə bağlı fakta rast gəlinməyib.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

Məlumatda qeyd edilir ki, hazırkı dövrə qədər ölkədə belə bir fakt qeydə alınmayıb:

"Hələ ki, ölkəmizdə Hindistan ştammına yoluxma ilə bağlı məlumat yoxdur. Bununla bağlı hər hansı bir məlumat olduqda ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, hazırda qonşu İran da daxil olmaqla bir neçə ölkədə bu ştamm qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR