TƏBİB-dən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı AÇIQLAMA

SAĞLAMLIQ
13:27 06.05.2021
634
"Ən çox yeni yoluxmanı noyabr və dekabr aylarında görürdük. Bu zaman aparılan testlərdə 30% pozitiv nəticələr var idi”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesi başlayıb: "Bundan sonra yoluxma maksimum 2000-2500-ə çatdı.

Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq yoluxma sayında enmələr müşahidə edirik.

Yoluxma əmsalı 10%-ə yaxınlaşır. Bu, çox yaxşı vəziyyətdir. Bu gün Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”.

OXŞAR XƏBƏRLƏR