TƏBİB-dən Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı AÇIQLAMA
SOSİAL
15:11 16.02.2026
725
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
OXŞAR XƏBƏRLƏR