TƏBİB-in dəstəyilə regional elmi-praktiki konfrans keçirilib

SAĞLAMLIQ
17:13 21.11.2022
443
18-19 noyabr 2022-ci il tarixində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən Lənkəran şəhərində TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib.

AZXEBER.COM xəbər verir ki, konfransda açılış nitqilə çıxış edən ECM-nin direktoru, professor R.M.Ağayev toplantı iştirakçılarını salamlayıb və TƏBİB-in dəstəyilə aparılan bu tip tədbirlərin vaxtaşırı müxtəlif regionlarda əvvəllər də keçirildiyini, eləcə də artıq ənənə halı aldığını bildirib.

Konfransda Mərkəzin professorları tərəfindən ürək-damar, abdominal və endokrin cərrahlığının, həmçinin anesteziologiya və reanimatologiyanın aktual problemlərini əhatə edən mövzularda çıxışlar baş tutub və iştirakçıların sualları cavablandırılıb.

Keçirilən konfransda Lənkəran ilə yanaşı, Masallı, Cəlilabad, Astara, Yardımlı, Biləsuvar, İmişli rayonlarının da cərrah və anestezioloq-reanimatoloqları iştirak edib.

OXŞAR XƏBƏRLƏR