TƏBİB-in İcraçı direktoruna yeni müavinlər təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavinlər təyin edildi
SOSİAL
16:56 30.11.2022
191
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanova müavinlər təyin edilib.

TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə, bu barədə qurumun Müşahidə Şurasının iclasında qərar qəbul edilib.

İclasın gündəliyinə tibb müəssisələrinin nizamnamələrinə dəyişiklik edilməsi, TƏBİB-in İcraçı direktorunun müavinlərinin təsdiq olunması və s. məsələlər daxil edilib.

İclasda Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin edilib.

Qeyd edək ki, Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.

2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Digər müavin Araz Nəsirov isə 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb.

2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.

2008-ci ildə "Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. 2014-2018-ci illərdə "Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil Departamentinin rəhbəri olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var