"TƏBİB-in tabeli tibb müəssisələrində 93 mindən çox işçi çalışır"

"TƏBİB-in tabeli tibb müəssisələrində 93 mindən çox işçi çalışır"
SAĞLAMLIQ
11:38 23.12.2024
751
"Hazırda TƏBİB-in nəzdindəki 91 publik hüquqi şəxsin 2 701 tabeli müəssisəsi var. Bu müəssisələrdə 93 min 64 işçi çalışır, onlardan 16 min 695-i həkimdir”.

Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib. O bildirib ki, TƏBİB aparatında isə 315 nəfər fəaliyyət göstərir:

"2024-cü il ərzində də peşəkar kadrların TƏBİB ailəsinin sıralarına qoşulması üçün işlər aparılıb. 
 
2024-cü il ərzində tabeli tibb müəssisələrinə müsahibə tələb olunan vəzifələr üzrə 1 245 müraciət daxil olub. Onlardan 711 müraciətə müsbət rəy verilib. 79 namizəd tabeli tibb müəssisələrinin rəhbər vəzifələrinə qəbul olunub.  İşə qəbulla bağlı daxil olan tabeli müəssisələr üzrə müsahibəsiz müraciətlərə dair isə 748 müraciət daxil olub. Onlardan 494 nəfərə müsbət rəy verilib. 
 
TƏBİB aparatında çalışmaq üçün isə 306 namizəd müsahibə mərhələsinə cəlb olunub. Onlardan 69 əməkdaş işə qəbul olunub”.

V.Qurbanov əlavə edib ki, il ərzində "Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin yuxarı kurs tələbələrinin TƏBİB-in tabeli tibb müəssisələrində orta tibb heyəti kimi işə qəbulu” layihəsi də keçirilib:

"100 tələbə imtahandan uğurla keçərək təlimlərə cəlb olunub. "TƏBİB könüllüləri” layihəsi çərçivəsində isə tabeli müəssisələrdə ümumi könüllülük fəaliyyətinə 150-dən çox tələbə cəlb olunub”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı