TƏBİB jurnalistlərlə Milli Mətbuat Gününü qeyd etdi - FOTOLAR

TƏBİB jurnalistlərlə Milli Mətbuat Gününü qeyd etdi - FOTOLAR
MEDİA
14:58 22.07.2022
252
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkədə fəaliyyət göstərən müxtəlif media qurumlarının nümayəndələrinin iştirakı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ölkənin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən şəhid jurnalistlərin ruhları 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova ölkə səhiyyəsində həyata keçirilən islahatların vətəndaşlara dolğun çatdırılmasında yaxından iştirak edən media nümayəndələrinə təşəkkür edib. O, vətəndaşların daha keyfiyyətli xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da səmərəli əməkdaşlıq ediləcəyini bildirib.

Daha sonra media nümayəndələri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydaları” barədə geniş təqdimatla çıxış edib və sualları cavablandırıb.
 
Sonda bir qrup jurnalistə TƏBİB ilə əməkdaşlığa və tibb sahəsində yeniliklərin işıqlandırılmasında verdiyi dəstəyə görə təşəkkürnamə və hədiyyələr təqdim edilib.
 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR