TƏBİB: Şamaxıda ağır yol qəzasında doqquz nəfər xəsarət alıb

TƏBİB: Şamaxıda ağır yol qəzasında doqquz nəfər xəsarət alıb
HADİSƏ
20:37 13.08.2025
176
Bu gün saat 13:00 radələrində Şamaxı Rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 9 nəfər 4 nəfər (kişi cinsli) və 5 nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən AZXEBER.COM-a bildirilib ki, Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu təyin edilib.

Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü şəxs (qadın cinsli) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
OXŞAR XƏBƏRLƏR