TƏBİB sədrindən koronavirusla bağlı lənkəranlılara çağırış

TƏBİB sədrindən koronavirusla bağlı lənkəranlılara çağırış
SOSİAL
17:37 15.05.2020
770
"Azərbaycanda həftənin əvvəlindən bu günə qədər 461 nəfər koronavirusa yoluxub”.

AZXEBER.COM xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu həftə 230 nəfər sağalıb, 4 nəfər ölüb. 

TƏBİB sədri bildirib ki, hazırda ölkədə ikinci dalğa yaşanır: "Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılıdır".

OXŞAR XƏBƏRLƏR