TƏBİB: Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir

SOSİAL
13:31 20.01.2025
107
Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.

Qeyd olunub ki, yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

OXŞAR XƏBƏRLƏR