Xırdalanda partlayışda xəsarət alanların son durumu AÇIQLANDI

Xırdalanda partlayışda xəsarət alanların son durumu AÇIQLANDI
SOSİAL
10:42 17.11.2022
120

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələrinə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam edilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hazırda cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR