Təbii buruna sahib olmaq istəyənlər: Mütləq bunları bilməlidir

SAĞLAMLIQ
14:26 13.08.2018
21340
"Hər bir insanın burnu özünə xasdır. Buna görə burun estetik əməliyyatı insana özəl olaraq planlaşdırılmalı və həyata keçirilməlidir”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Türkiyə və Avropada təhsil almış təbii burun estetik cərrahı Dr. Hüseyn Məmmədov söyləyib.
 
Onun sözlərinə görə, estetik burun əməliyyatının məqsədi burnun xarici görünüşünü üzün digər cizgiləri ilə eyni ahəngdə dəyişməkdir:
 
 
"Burun əməliyyatı zamanı burun qısaldıla və ya uzadıla, kiçildilə və ya böyüdülə, şəkli dəyişdirilə, burun deşikləri kiçildilə, burun donqarlığı itirilə, burun ucu qaldırıla və incəldilə bilər. Buna yalnız konsultasiya zamanı burunun anatomik özəllikləri və burun dərisinin dəyərləndirilməsindən sonra qərar verilir. Burunun içərisində sümük və qığırdaqdan ibarət arakəsmə var. Bu arakəsmədəki əyriliklər hava yolunu bağlayacaq səviyyədə olanda nəsəfalma çətinliyi yaradır. Sümükdə, qığırdaqda və yumşaq toxumada olan problemləri estetik burun əməliyyatı ilə eyni aradan qaldırmaq olur”.
 
"Unutmayın ki, Allah hər bir insana özünə məxsus quruluş verib və burunda amansız dəyişikliklər aparmaq olmaz” deyən Dr. Hüsen Məmmədov bildirdi ki, estetik cərrahiyyə əl işidir və heç bir aparat heykəltaraşın işini əvəz etmədiyi kimi, estetik cərrahın da işini əvəz edə bilməz.
 
"Hazırda təbii burun estetik cərrahiyyəsi tərəfimizdən cəmi 1-2 saata icra olunur. Əməliyyat zamanı biz ilk növbədə təbii burun formasına üstünlük veririk. Əgər pasiyent israr etmirsə, biz ona "kukla burun” düzəltmirik. Burun tənəffüs orqanı olduğu üçün bunun gələcək fəsadlarını nəzərə alırıq. Müasir Avropa protokolları da bunu qəti şəkildə rədd edir. Təbii görünüşü qorumaq şərtilə burnun kiçildilməsini, donqarın, əyriliyin düzəldilməsini, formasının korreksiyasını, burnun anadangəlmə və ya sonradan yaranmış defektlərinin, deformasıyasının düzəldilməsini, tənəffüslə bağlı olan problemlərin, o cümlədən xoruldamağın aradan qaldırılmasını təmin edirik”
 
Xatırladaq ki, Dr. Hüseyn Məmmədov yay fəsli ilə əlaqədar olaraq rinoplastika əməliyyatına 30 faiz endirim edir. Tələbələr isə bu imkandan daha 10 faiz artıq, yəni 40 faiz endirim əldə etməklə yararlanırlar.
 
Böyüklərdə və uşaqlarda rinoplastika, tonzillektomiya, adenotomiya, septoplastika, haymoratomiya, endoskopik qulaq tüpünün qoyulması, endoskopik sinus cərrahiyyəsi və bütün qulaq-burun-boğaz xəstəliklərinin konservativ müayinə və müalicəsini həyata keçirən Dr. Hüseyn Məmmədov ölkəmizin ən güclü təbii burun estetik cərrahlarından sayılır.
 
Əlaqə telefonu: (055) 669-59-73; (055) 206-66-09
 

OXŞAR XƏBƏRLƏR