Təbii burunla kukla burnun fərqi – ŞOK FAKTLAR

SAĞLAMLIQ
13:55 02.07.2018
23865
AZXEBER.COM ölkəmizin məşhur və peşəkar qulaq-burun-boğaz cərrahlarından olan Dr. Hüseyn Məmmədovun KLİNİK.AZ-A müsahibəsini təqdim edir:

Dosye: Dr. Hüseyn Məmmədov Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Ali məktəbi bitirdikdən sonra Türkiyə və Avropanın müxtəlif dövlətlərində ixtisas artıraraq bu sənətin incəliklərinə yiyələnib.
Böyüklərdə və uşaqlarda rinoplastika, tonzillektomiya, adenotomiya, septoplastika, haymoratomiya, endoskopik qulaq tüpünün qoyulması, endoskopik sinus cərrahiyyəsi və bütün qulaq-burun-boğaz xəstəliklərinin konservativ müayinə və müalicəsini həyata keçirir.

– Hüseyn bəy, qabaqlar daha çox müğənnilər, tanınmış adamlar təbii burun estetikasına maraq göstərirdisə, son dövrlər sadə insanlar da rinoplastika əməliyyatına üz tuturlar …

– Ümumiyyətlə estetik əməliyyatlar fərqli, fərdin istəyinə bağlı olan əməliyyatlardır. Ola bilər ki, kimdəsə burunla bağlı estetik qüsurlar olsun və o bununla bağlı heç bir narahatlıq keçirməsin. Əgər insan göründüyü halından razıdırsa, heç şübhəsiz o estetik əməliyyata müraciət etməyəcək. Lakin bununla yanaşı estetik görünüşünə xüsusi önəm verən, ən xırda problemi belə diqqətdən kənarda qoymayan insanlar var. Nəzərə alanda ki, burunla bağlı olan problemlər həm də tənəffüslə bağlı problemlər yaradır, bu baxımdan müraciət edən xəstələrin çoxu məhz tənəffüslə bağlı şikayətlərlə bizə üz tuturlar.

– Təbii burun estetik əməliyyatı zamanı əsas meyar nədir: Şəxsin gözəl görünüşünün təmin olunması, yoxsa digər, məsələn tənəffüs probleminin həlli?

– Heç şübhəsiz rinoseptoplastika zamanı biz Avropa protokollarını əsas götürür və üz quruluşu-burun-çənə paralelliyini nəzərə alırıq. Bilirsiniz ki, insanın üz quruluşu üç hissədən ibarətdir. Bu üç hissədə bərabərliyi pozmamaq, həmin bərabərliyi təmin etməklə bu əməliyyatı icra edirik. Eyni zamanda burnun normal görüntüsü dedikdə biz bu sahədə olan müvafiq standartları əsas götürürük. Burnun uc hissəsini istədiyin qədər yonmaq, burun ucunu istədiyin qədər qaldırmaq olmaz. Normal təbabət buna icazə verilmir.

– Bəzən qarşımıza elə xanımlar çıxır ki, xarici görünüşdən onun estetik burun əməliyyatı etdirdiyi dərhal aydın olur. Burun o qədər kiçik olur ki…

– Sözümüzü kəsir. Bizdə buna "kukla burun” deyirlər. Burun ucu ilə üst dodaq arasında məsafəni nəzərə almayanda bu cür mənzərə üzə çıxır. Bu məsafə genişdirsə, burnu o dərəcədə qaldırmaq olmaz. Burun ucu ilə üst dodaq arasında bucaq var, kişilərdə bu bucaq 90, qadınlarda isə 105 dərəcə olmalıdır. Bu dərəcəni saxlamaqla daha uğurlu nəticəyə nail olmaq mümkündür. Yaxud burun ucunu istədiyin qədər qaldırdıqda burun dəlikləri üzə çıxır və süni görüntü müşahidə edilir. Unutmaq lazım deyil ki, Allah hər kəsə özünə məxsus anotomik quruluş verib və bu quruluşu qorumaq lazımdır. Burun estetik deyil, tənəffüs orqanı olduğu üçün burunda amansız estetik dəyişikliklər apardıqda ciddi problemlər meydana çıxır. Hər 10 xəstədən 6-da sonradan tənəffüs problemləri yaranır.

– Belə iddialar da var ki, cərrahlar uğurlu əməliyyat icra edə bilmədiklərinə görə, "sizi təbii burunla təmin edəcəyik” bəhanəsini otraya atırlar…

– Əvvəla biz hər bir pasiyentə fərdi yanaşırıq. Bir cərrah olaraq onlarla ciddi müzakirə aparırıq. Xəstələri ciddi informasiya ilə təmin edirik, təbii burnun üstünlükləri ilə bağlı onlara ətraflı məlumat veririk. Biz onlara təlqin edirik ki, klassik musiqi heç zaman dəbdən düşmədiyi kimi, təbii burun quruluşu da heç zaman insanı pis göstərməz. Əksinə daha xarizmatik göstərər. Türkiyədə cərrahlar təbii burun əməliyyatından kənar heç bir əməliyyat icra etmirlər. Kiçik bir müqayisə aparsaq görərik ki, Türkiyədə estetik burun əməliyyatı icra etdirmiş müğənni və aktrisaların burun quruluşu daha təbii və xarizmatikdir. Çünki klassik burun quruluşudur.

– Dünyada tibb sürətlə inkişaf edir və yeni mərhələyə qədəm qoyur. Rinoplastika sahəsində hansı yeniliklər var və bu yeniliklər ölkəmizdə tətbiq olunurmu?

– Vaxtaşırı olaraq Avropada keçirilən seminar və konqreslərdə iştirak edirik. Bu sahədə əldə olunan yeniliklərin ölkəmizdə tətbiqinə çalışır və çox sevindirici haldır ki, əksər hallarda buna nail oluruq. Bilirsiniz ki, estetik cərrahiyyə əl işidir və heç bir aparat heykəltaraşın işini əvəz etmədiyi kimi, estetik cərrahın da işini əvəz edə bilməz. Bu baxımdan estetik cərrah üçün ən əsası zövq və peşəkarlıqdır. Avadanlıqlar yalnız həkimlərin işini yüngülləşdirir.

– Uzun illərdir bu sahədə çalışırsınız. Yəqin oxucular üçün də sizin fikirləriniz maraqlı ola bilər. Təbii burun əməliyyatı etdirmək istəyən xanımlara tövsiyyələriniz nədir?

– Tövsiyyəm odur ki, təkcə rinoplastika deyil, digər əməliyyatlara müraciət etmək istəyən zaman sosial şəbəkələrdə olan şəkilləri əsas götürməsinlər. Nəzərə alın ki, bu səhhətlə bağlı olan məsələdir və peşəkar cərrahla məsləhətləşin. Onların təklif və tövsiyyələrini cidddiyə alın. Bəzən elə olur ki, bizim icra etdiyimiz əməliyyatların fotoları digər cərrahlar tərəfindən paylaşılır. Bununla bağlı pasiyentlərdən məlumatlar alırıq. Foto elə bir şeydir ki, onu hər kəs öz adına çıxa bilər. Eyni zamanda rəsmdə olanlarla həyatda olanlar fərqlidir. Çox istərdim ki, pasiyentlər bu məsələyə ciddi yanaşsınlar.
 
 Dr. Hüseyn Məmmədovun  qəbuluna yazılmaq istəyənlər üçün əlaqə nömrəsi:


(055) 669-59-73; (055) 206-66-09
 

 


 

OXŞAR XƏBƏRLƏR