22 uşaq "təbii” meyvə şirəsi içərək zəhərlənib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də ən azı 22 uşağın təbii məhsullarla hazırlandığı bildirilən meyvə şirələri və pürelərdən istifadə edərək zəhərləndiyi açıqlanıb.
14 müxtəlif ştatda içki paketlərində tapılan maddənin zəhərlənməyə səbəb olduğu bildirilib.
ABŞ rəsmiləri 14 ştatda ən azı 22 azyaşlı uşağın darçınlı alma püresi və alma torbalarında qurğuşun olması səbəbindən xəstələndikdən sonra uşaqlarda mümkün qurğuşun zəhərlənməsi hallarına qarşı həkimlərə xəbərdarlıq edir.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, 1 yaşdan 3 yaşa qədər uşaqların təsirləndiyini və ən azı bir uşağın qanında qurğuşun səviyyəsinin narahatlıq səviyyəsindən səkkiz dəfə yüksək olduğunu açıqlayıb.
Rəsmi məlumatlara görə, qanda 3,5 mikroqram qurğuşun kritik həddi hesab edilsə də, uşaqlarda qurğuşun nisbətinin 4 ilə 29 mikroqram arasında dəyişdiyi də qeydə alınıb.
Həmçinin simptomlar arasında baş ağrısı, ürəkbulanma, qusma və ishal olduğu bildirilib.
ABŞ rəsmiləri internetdə və mağazalarda satılan məhsulları toplamaq qərarına gəlib, eyni zamanda valideynlərə də "bu məhsulları almayın” çağırışı edib.
Ayşən