23 yanvar 2020-ci il tarixində 39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncənin Birinci Mikrorayon və Avtozavod Qəsəbəsində yaşayan şəhər sakinləri ilə görüşüb.
Görüşü Təbliğat Qrupunun üzvü Hüseyn Budaqov açaraq, 2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar keçiriləcək hər kəsi səs verməyə dəvət edib. Görüşün məqsədi haqqında məlumat verən Hüseyn Budaov, bu gün Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar Milli Məclisin də dəyişilməsi, yenilənməsi zərurətini yaradır. 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülmüş Müşfiq Cəfərov da layiqli gənc namizədlərdəndir.
Təbliğat Qrupunun üzvü Elvar Osmanov Birinci Mikrorayon sakinlərinə idmançıların və gənclərin dostu Müşfiq Cəfərovun Gəncənin İdman sahəsində qazandığı uğurlardakı rolunu və idmançılara olan dəstəyini vurğulayıb.
Xoş qarşılanmaya görə hər kəsə təşəkkür edən Müşfiq Cəfərov əhalini edən narahat problemləri dinləyib və lazimi qeydlər olunub.