“Təbrizdə Azərbaycan Prezidentinin şəkillərinin yayılması İrana mesaj olmalıdır” – Tural Abbaslı

“Təbrizdə Azərbaycan Prezidentinin şəkillərinin yayılması İrana mesaj olmalıdır” – Tural Abbaslı
SİYASƏT
14:24 04.11.2022
3633
"İran uzun illərdir ki, Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Bunu özünün dövlət və dövlətçiliyinə təhdid hesab edir. Ona görə də, Azərbaycanın istənilən dönəmdə güclənməsi İran hakimiyyətinin maraqlarına daxil deyil”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı İranın hazırkı siyasətindən danışarkən deyib.

O, qeyd edib ki, İranın bu düşüncəsi yanlışdır:

"Təbii ki, bu, kökündən yanlış düşüncədir. Onlara elə gəlir ki, Azərbaycanın güclənməsi, işğaldan azad olunmuş tam müstəqil ərazilərdə iqtisadi-siyasi cəhətdən güclü ölkə olması İranın parçalanmasına və ya rejim dəyişikliyinə gətirib çıxaracaq. Çünki burada Azərbaycan guya ki, onlara yaxşı nümunə olmur. Ona görə də, elə 1918-ci ildən bu tərəf baxsaq, görərik ki, İran hər zaman Azərbaycanın müstəqilliyini şübhə altına alıb. Açıq konteksdə deməsələr də, dolayısı ilə qeyd edirlər”. 

Tural Abbaslının sözlərinə görə, Türkiyənin də regionda güclənməsi İranı qıcıqlandırır:

"Son zamanlar Türkiyənin regionda güclənməsi və İranın artıq regional oyunçu kimi Cənubi Qafqazda sıradan çıxması da İranı qıcıqlandırır. İran guya Azərbaycanı təhdid etməklə və Azərbaycana qarşı aqressiv addımlar atmaqla, guya regionda güc və söz sahibi olduğunu sübut eləməyə çalışır. Təbii ki, bu da kənardan çox gülünc görsənir. Həm də İran arxayındır ki, onun Azərbaycanda 5-ci kolonu var və din adı altında aldatdığı insanlarla düşünür ki, onların gücündən istifadə edərək Azərbaycanı nəyəsə məcbur edəcək. Düşünürəm ki, İran bu yanlış siyasətindən tezliklə dönməlidir. İran Azərbaycanla dost, qardaş qonşuluq siyasəti yürütməlidir. Əks təqdirdə bu siyasətin davamı İranın ya parçalanmasına, ya da ən azı rejim dəyişikliyinə gətirib çıxaracaq”. 

"Artıq Təbrizdə və İranın bəzi şəhərlərində Azərbaycan Prezidentinin şəkilləri paylaşılır, divarara yapışdırılır. "Bizim Prezidentimiz, arxandayıq” kimi sözlər yazırlar. Məncə, bu aidiyyatı qurumlara bir mesaj olmalıdır və İran bu təcavüzkar, təhdidkar siyasətindən geri durmalıdır”, - deyə T.Abbaslı əlavə edib.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
11:20 18.10.2025
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
11:19 18.10.2025
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
11:12 18.10.2025
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
10:21 18.10.2025
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
10:17 18.10.2025
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
10:15 18.10.2025
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb
10:13 18.10.2025
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb