“TechWinter Camp - 2026”-ya Qeydiyyat başladı

“TechWinter Camp - 2026”-ya Qeydiyyat başladı
SOSİAL
10:53 26.01.2026
397
"Bir Könüllü” Tələbə Təşkilatı, "ESTİEM LG BAKU”  və  "EESTEC BAKU”- nun birgə təşkilatçılığı ilə 4-9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələrin qış düşərgəsi - TechWinter Camp 2026 təşkil ediləcək. 

AZXEBER.COM xəbər verir ki, düşərgənin əsas məqsədi tələbələr arasında IT sahəsinə marağı artırmaq, onları müasir texnologiyalar və süni intellektin tətbiq sahələri barədə məlumatlandırmaq, eyni zamanda yaz tətili dövründə proqramlaşdırma və texnoloji biliklərini gücləndirməkdir.

Ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/TbW4kWg5XmYV5FtPA

Son müraciət tarixi: 29 yanvar 2026-cı il 

Düşərgədə kimlər iştirak edə bilər?

İnformasiya texnologiyaları, kompüter elmləri və digər texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III və IV kurs tələbələri;
Magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr.
 

OXŞAR XƏBƏRLƏR