“Təcili Azərbaycanda da “TikTok”da həbslər keçirilməlidir” - Çirkli pulları belə "yuyurlar" (RƏY)

“Təcili Azərbaycanda da “TikTok”da həbslər keçirilməlidir” - Çirkli pulları belə "yuyurlar" (RƏY)
SOSİAL
16:57 23.06.2023
715
Xəbər verdiyimiz kimi, Türkiyədə milyonlarla istifadəçisi olan sosial media platforması "TikTok”da 1,2 milyard TL oğurladığı müəyyən edilən şübhəlilər üzərində əməliyyat keçirilib. 

37 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda aralarında məşhur fenomenlərin də olduğu 120 nəfər saxlanılıb. 

Bəs, Azərbaycanda necə "TikTok”da həbslər həyata keçirilə bilərmi? 

Mövzu ilə bağlı jurnalist, "TikTok"da tanınan blogger Məhəmmədəli Qəribli AZXEBER.COM-un suallarını cavablandırıb.

O bildirib ki, son  iki-üç gündür ki, Türkiyədə "TikTok” fenomenlərinin  həbsi gündəmdədir:

"Bu ölkəni və hətta deyərdim ki, dünyanı silkələyən proses oldu. Biz 2021-ci ildə "TikTok” da belə  bir mafiyanın olduğunu, Azərbaycan seqmentində də fəaliyyət göstərdiyini konkret faktlarla ifşa etmişik. Həmin vaxt bizə  qarşı çıxıldı. Xeyriyyəçilik pərdəsi  altında "TikTok” şəbəkəsində özlərinə kütləvi tərəfdarlar toplayanlar bizi linç etdilər. Ancaq biz təbliğatımızla insanlara başa saldıq ki, bunlar dələduzluqla, kibercinayətkarlıqla məşğuldurlar.

Külli miqdarda hədiyyələrin tanınmış fenomenlərə atılıb, bölünməsi sonra həmin pulların "TikTok” dan dələduzluq yolu ilə geri qaytarılması prosesi həyata keçirilirdi.

Mən bununla bağlı hüquq-mühafizə orqanlarına  məlumat vermişəm, rəsmi  şikayətlərim olub. 

Türkiyədə həbs edilən tanınmış "TikTok”fenomenlərinin  Azərbaycandakı şəbəkə ilə əlaqələri var. Birgə saatlarla canlı yayımlarda olur, bir-birinə hədiyyə atırlar. 

Düşünürəm ki, Azərbaycanda da belə həbslər keçirilməlidir. Çünki faktlar göstərir ki, həbsə səbəb olan  əməlləri açıq reklam edirlər. Bildirirlər ki, biz jetonları geri qaytarırıq. Sanki bunun qanuni fəaliyyət olduğunu zənn edirlər.

Konkret brend adı ilə fəaliyyət göstərən mağazalar var ki, geri qaytarmalar edirlər.  O cümlədən "TikTok” sosial şəbəkəsində "Talk show" adı ilə milyonlarla jeton yuyulur.  Bu eyni zamanda Azərbaycanda pul kütləsinin vergi ödəmədən xaricə çıxarılması deməkdir. Mütləq əlaqədar qurumlar bununla məşğul olunmalıdır”.

Jurnalistin sözlərinə görə "TikTok”da  söyüş  söyənləri  stimullaşdıran da həmin  dələduz şəbəkələrdir:

"Çünki onların əli ilə bu işləri görmək asandır. Yüngül həyat tərzi yaşayan  qadınlar "TikTok” da müəyyən tərbiyəsizliklər edərək, söyüşlə özlərinə auditoriya yıxıblar.  Onların əli ilə pullar qazanılır.

Təbii ki, söyüş söyənlər təkcə, bu təbəqədən deyillər. Söyüş söyənlər özlərini sərbəst hiss edərək düşünürlər ki, Azərbaycan seqmentində onlara kimsə söz deyə bilməz. Azərbaycan dövlətinin hər bir insanın evin nəzarət tətbiq etmək imkanı yoxdur. 
Maarifləndirmənin gücləndirilməsi, "TikTok” a ciddi kontentlərin axın etməsi məsələni həll edilə bilər. Hüquq-mühafizə oraqanlar da bu istiqamətdə həssaslığı əldən verməməlidirdilər.

Xüsusən də vətəndaşlara səslənirəm ki, təhqir, söyüş kimi hallarla qarşılaşarlarsa, həmin yayımı hüquq mühafizə orqanlarına yazıb təqdim etsinlər”. 

Məhəmmədəli Qəribli Mətbuat Şurasında "Tiktok” da  xəbər yayımı həyata keçirən jurnalistlərlə  görüşdən də danışıb:

"Çox sağ olsunlar ki, belə bir format təşkil etdilər. Biz orada "TikTok” un problemlərindən, hansı tədbirlərin görülə biləcəyindən danışdıq. Fikrimcə, Mətbuat Şurasında "TikTok” un Azərbaycandakı  rəhbərliyi səviyyəsində də görüşlər keçirilməlidir.  Biz mövcud problemləri konspekt şəklində sadalamışıq, əlavələr də edə bilərik”.

Şəbnəm Zahir
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb