Ermənistan Azərbaycanla sərhədə qoşun yığır

Ermənistan Azərbaycanla sərhədə qoşun yığır
SİYASƏT
21:59 30.03.2024
427
Bu saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydı alınıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistandakı mənbələrə istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.

Maraqlısı odur ki, Ermənistanın sərhəddə qoşun yığması görüntülərini Rusiya mediası yayıb.
OXŞAR XƏBƏRLƏR