Bakıda küçədən meyit tapılıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Təcili Tibbi Yardım Briqadası Nəsimi rayonu, A.Qurbanov küçəsi, 2-ci dalanda küçədə gecə saatlarında 30-35 yaşlı kişinin meyitini aşkarlayıb.
Briqada meyitə baxış keçirib və üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır.