Təcili yardım maşını kamazla toqquşaraq yandı - Kürdəmirdə

Təcili yardım maşını kamazla toqquşaraq yandı - Kürdəmirdə
SOSİAL
11:23 03.01.2017
3215

Bu gün Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus "Kamaz” markalı yük avtomobili toqquşub.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində yanğın baş verib.

Yanğında "Qazel” markalı avtomobilin yanar hissələri yanıb. "Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR