Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq

Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq
SOSİAL
16:20 06.01.2017
839
"Bakıda təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırıla bilər”. APA-nın xəbərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə bildirib ki, bəzən yollarda digər maşınlar tərəfindən təcili yardıma yol verilməməsi çağırış yerlərinə yubanmaya səbəb olur. Onun sözlərinə görə, bu halları nəzərə alaraq təcili yardım stansiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə göndərilib: "Təkliflərdə təcili yardım maşınlarının önünə və salonuna kameranın quraşdırılması əks olunub. Təcili yardım maşınlarının önünə quraşdırılan kameranın onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən maşının nömrəsini qeydə alaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi təkliflərdə qeyd olunub. Bundan sonra polis tərəfindən həmin sürücülərə qarşı hansısa tədbirlər görülə bilər. Ancaq hansı cəza və ya xəbərdarlığın olması sonradan müvafiq qurum tərəfindən müəyyənləşəcək”.

M.Mirzəzadə əlavə edib ki, bəzən əhali tərəfindən həkimlərə, orta tibb işçilərinə təzyiq edilir. O qeyd edib ki, təcili yardım maşınlarının salonunda quraşdırılacaq kameralar isə  həkimin xəstəyə necə yardım göstərməsi, həkimə qarşı hansı təzyiqlərin edilməsi və digər halları qeydə alacaq: "Xəstənin yaxınlarından birinə Təcili yardım maşınına minməyə icazə verilir. Əgər narazı hallar olarsa, kamera görüntülərinə baxılacaq və bu hallar araşdırılacaq. Bəzən evdə də həkimlərə və orta tibb işçilərinə təzyiqlər baş verir. Təcili tibbi yardım maşını dövlətin mülkiyyəti olduğundan orada kameraların quraşdırılması mümkündür. Amma hansısa evdə kamera çəkilişlərin aparılması mümkün deyil”.
 
Baş həkimin müavini vurğulayıb ki, təcili yardım maşınları üçün əlavə zolaqların salınması müvafiq qurumlar tərəfindən həyata keçirilə bilər: "Bu səlahiyyətlər təcili yardım stansiyasına aid deyil”.
 
O, həmçinin ötən il ərzində yalançı çağırışların sayının digər illərlə müqayisədə azaldığını açıqlayıb: "Çünki zəng vurulan nömrə qeydiyyata alınır və ciddi nəzarət olunur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib
18:37 29.07.2025
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib