Almaniyada aparılan bir araşdırma sosial mediadan gündə 30 dəqiqə istifadənin azaldılmasının psixi sağlamlığı və işdən məmnunluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ruhr Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsiri araşdırılıb.
"Behaviour and Information Technology" jurnalında dərc olunan araşdırma çərçivəsində 166 iştirakçı 2 qrupa bölünüb. Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.
Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirərkən, ikinci qrup bir həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, ikinci qrupa daxil olan insanlarda çox işləmək hissləri və işdən çıxarılmaq qorxusu azalıb, eyni zamanda, daha çox işə fokuslanaraq, əqli cəhətdən özlərini daha yaxşı hiss edib, işlərindən daha çox razı qalıblar.
Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti Julia Brailovskaia araşdırmanın nəticələrini belə şərh edib: "Beynimiz daimi diqqəti yayındıran amillərin, xüsusən də diqqətimizi tapşırıqdan başqa yerə çəkənlərin öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial medianı yoxlamaq üçün daim işini yarımçıq qoyan insanlar daha çətin anlar yaşayırlar.
Ayşən