Tədqiqatçılardan xəbərdarlıq: Buludlarda da miktoplastik var

Tədqiqatçılardan xəbərdarlıq: Buludlarda da miktoplastik var
DÜNYA
12:41 29.09.2023
224
Yaponiyada aparılan bir araşdırma buludlarda insan sağlamlığına zərərli mikroplastiklərin olduğunu üzə çıxarıb.

AZXEBER.COM xəbər verir ki, suda həll olunmayan, neftdən əldə edilən polimer hissəciklər olan mikroplastiklər ətraf mühitə mənfi təsir etməklə yanaşı, koqnitiv inkişaf pozğunluqlarından xərçəng və piylənməyə qədər insan sağlamlığına mənfi təsir edəcək pozğunluqlara səbəb olur. 

İndi yapon tədqiqatçıları bu hissəciklərin hətta buludlarda olduğunu aşkar ediblər. 

Yaponiyanın Vaseda Universitetində aparılan araşdırmada buludlarda mikroplastiklərin varlığı araşdırılıb. Araşdırmada tədqiqatçılar buludlardan nümunələr toplayıb və qabaqcıl görüntüləmə üsulları ilə bu nümunələri araşdırıblar. 

Nümunələrin tədqiqindən sonra buludlarda 9 fərqli polimer növü aşkar edilib. Buludlarda hər litr su buxarında orta hesabla 6,7-13,9 mikroplastik hissəcik olduğunu təyin edən tədqiqatçılar bu vəziyyətin iqlimə təsir edə biləcəyini vurğulayıblar.

Gülay
OXŞAR XƏBƏRLƏR