Aktyor Müşviq Şahverdiyev övladından danışıb.
AZXEBER.COM xəbər verir ki, aktyor "Günə Uğurla” verilişində onu 3 ildir görə bilmədiyini deyib.
Aktyor oğlundan danışarkən kövrəlib:
"Oğlum anası ilə Ukraynadadır. Üç ildir onu görə bilmirəm. Anası və ailəsi ilə birlikdə orada yaşayırlar. Hazırda ora uçuşlar yoxdur, ancaq öz vətəndaşları gedib-gələ bilir. Ona görə gedə bilmirəm. Onlar da təəssüf ki, Azərbaycana gəlmirlər. Bu il birinci sinifə gedib. Azərbaycan dilini elə də yaxşı bilmir, amma başa düşür məni. Kaş ki, onu belə öyrətməyəydilər... Hər gün görüntülü danışıram, onu çox sevdiyimi deyirəm.
Həyatdır, enişi də var, yoxuşu da. Şəxsi həyatımda yaşanan heç nə üçün peşman deyiləm, amma kaş ki, belə olmazdı dediyim çox şey var. Bu da tək mənim başıma gəlmir. Kaş geri qayıda və hər şeyi yüz ölçüb, bir biçə biləydim".
Aysel










































