Təfəkkür-də təhsil alanlardan fərqli olaraq illik təhsil haqqını ikiqat artıq odəməli olurdular.Sən demə həmin əlavə ödənmiş pullar birbaşa Müşfiq Atakişiyevin və prorektor Rahim müəllimin cibinə axırmış.Bu məsələylə bağlı araşdırmalarımız davam etdiyindən gələn yazılarımızda ətraflı məlumatlar verəcəyik.Əslində, Təfəkkür Universiteti ilə bağlı çox maraqlı bir araşdırma da aparılıb. Həmin araşdırmada bəzi maraqlı detallar olduğu üçün onları dəqiqləşdirmək zərurəti yaranıb. Ona görə də, həmin araşdırmanı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.Ən maraqlısı odurki,Təfəkkür unversitenin qapıda duran mühafizə xidməti jurnalistlərə qarşı çox kobud rəftarı ilə diqqəti cəlb eləyir.Hardan qaynaqlanır bu aqressiya özümüz də bilmədik.
Müşfiq müəllim arada işçilərinizə KİV haqqında qanunlarıda xatırlatsanız pis olmaz.Hərçənd Təfəkkür unversitetində qanundan kənar yəni yazılmamış qanunlar daha çox işləyir.Bir sözlə unversitetin qapısı qala qapısından möhkəm qorunur.Unversitetdən verilən məlumata görə rektor və onun köməkçiləri 1 aydı işə gəlmir.Maraqlıdı görəsən səlahiyyətli nümayəndələr nə vaxt işdə olur? Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /bakupress.az