"Əgər biz 2020, 2021, 2022, 2023-cü illərdə dövlətimizin mövcudluğuna birbaşa təhlükə görürdüksə, bu gün qısa və ortamüddətli perspektivdə ölkəmizə birbaşa təhdidlərin öhdəsindən gələ bildiyimizi deyə bilərik".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə 2023-cü il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsinin xərclənməsi nəticəsində təhdidlər mərhələsindən çıxmaq mümkün olub.