Təhlükə mənbəyi daşıyan maliyyəsi qaranlıq icmaların fəaliyyəti...

Təhlükə mənbəyi daşıyan maliyyəsi qaranlıq icmaların fəaliyyəti...
SİYASƏT
15:52 13.01.2015
1225

Son zamanlar islam adı altında baş verənlərin bir çoxunu bəzi dairələr, fikir adamları qanunsuz fəaliyyət göstərən birliklər, qruplar, cərəyanlar, gizli təşkilatların fəaliyyətinə bağlayırlar. Dövlət qeydiyyatı olmayan icmalar, birliklərin fəaliyyətinə nəzarət zəif olur. Çünki bəzi hallarda onların maliyyə qaynaqları qaranlıq qalır. Maliyyənin şəffaf olmadığı qrupların fəaliyyəti isə cəmiyyət üçün bir çox anlamlarda təhlükə mənbəyinə çevrilir. Təəssüflə qeyd edirik ki, bu məsələdə Azərbaycan da istisna deyil.

Ölkədə bir çox dini icma, birliklər var ki, onlar hələ də qanunsuz fəaliyyət göstərirlər, dövlət qeydiyyatına alnmayıblar.

Bu və digər bir sıra suallarımızı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə ünvanladıq. İlk olaraq hazırda ölkədə dövlət qeydiyyatına alınmayan nə qədər dini icmanın olmasına aydınlıq gətirməyə çalışdıq.

AZXEBER.COM-un rəsmi sorğusuna cavab olaraqDini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən verilən cavabda bildirilir ki, ölkə ərazisində 2054 məscid mövcuddur və onlardan 576-nın dini icması yenidən dövlət qeydiyyatına alınıb. Hazırda qeydiyyat prosesi davam etdirilir.

Rəsmi statistikadan belə aydın olur ki, yerdə qalanlar qeydiyyatdan kənardır. Yəni, böyük əksəriyyət..

Vurğulamağı önəmli hesab edirik ki, dövlət qeydiyyatına alınmayan icmaların fəaliyyəti müəyyən qədər kölgədə qalır. Onların fəaliyyətinə necə nəzarət edilir?

Respublika ərazisindəki bütün məscidlərdə dini icmalar formalaşmayıb.Lakin buna baxmayaraq, Dövlət Komitəsi ölkədəki bütün dini ibadət yerlərini nəzarətində saxlayır, yeni yaranmış icmalara öz metodik tövsiyyələrini verir, qanunvericilik çərçivəsində fəaliyyət imkanlarını təmin edir. Dini qurumlara birbaşa nəzarəti Dövlət Komitəsinin bölgələr üzrə şöbələri həyata keçirir.

Bəzi hallarda dövlət qeydiyyatına alınmamağı icmalar sənədlərin tərtibatındakı əngəllərlə əlaqələndirirlər. Buraya prosedurla bağlı ortaya çıxan əngəllər və sair göstərilir. Bu məsələlərin gedişatına da, hansı əngəllərin olmasına aydınlıq gətirməyə çalışdıq.

Dini icmaların dövlət qeydiyyatına alınmasında qeydiyyat prosesini ləngidən daha çox hansı problemlər ortaya çıxır?

Dini icmaların dövlət qeydiyyatına alınmasında problemlər əsasən sənədlərin hazırlanması ilə bağlıdır. Sənədlərin qanunvericiliyə uyğun hazırlanmaması ümumi qeydiyyat prosesinin də ləngiməsinə səbəb olur. Dövlət Komitəsinin hüquqşünasları tərəfindən aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı təsisçilərə müvafiq tövsiyyələr verilir. Dini qurumların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər lazımi qaydada və formada Dövlət Komitəsinə təqdim edildiyi halda, qeydiyyat qanunvericilikdə müəyyən olunmuş müddətdə həyata keçirilir.

Azərbaycanda fəaliyyəti təhlükə törədən icmalar varmı? Onların fəaliyyəti ilə bağlı aidiyyəti qurumlar qarşısında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən konkret məsələlər qaldırılması istiqamətində hansı işlər görülür?

Komitə məscidlərdə qeyri-qanuni, nəzarətsiz fəaliyyətlərlə bağlı yaxın zamanlarda dövlət qurumları qarşısında məsələ qaldırmağı nəzərdə tuturmu?

Dövlət Komitəsi öz fəaliyyət istiqamətindən irəli gələrək dini ibadət yerlərində mütəmadi nəzarət tədbirləri, monitorinqlər aparır, aşkarlanan nöqsanları öz səlahiyyətləri çərçivəsində həll edir. Əgər dini icmanın fəaliyyətinə kənardan müdaxilə halları, yaxud icmanın işində ciddi qanun pozuntuları aşkarlanarsa, qanuna uyğun şəkildə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququndan istifadə edir və problemin həlli istiqamətində birgə tədbirlər görür.

Mətanət

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR
15:31 17.07.2025
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR