“Təhlükənin qarşısını almaq üçün Azərbaycanı gücləndirmək istiqamətində hər şeyi edəcəyik”

“Təhlükənin qarşısını almaq üçün Azərbaycanı gücləndirmək istiqamətində hər şeyi edəcəyik”
SİYASƏT
17:10 15.12.2022
258
"Təbii ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır, ona görə də biz buna ciddi yanaşırıq. Biz "strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmirik”.

Bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Diplomat bildirib ki, bu mənada ölkələr arasında tərəfdaşlıq dərindir və müxtəlif sahələri əhatə edir:

"Bu sahələrdən biri təhlükəsizlikdir və bizim Qarabağ məsələsi ilə bağlı da mövqeyimiz çox aydın olub - biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Onu da anlayırıq ki, Azərbaycan ona hədə-qorxu gəlməkdən çəkinməyən qonşularla, özünün müstəqilliyinə və ya ərazi bütövlüyünə açıq və ya üstüörtülü təhdidlər səsləndirən ölkələrlə çətin bir qonşuluqda yaşayır. Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir”.

Səfir bir neçə ay əvvəl İsrailin müdafiə naziri Benni Qantzın Azərbaycana gözlənilməz səfərindən danışıb:

"Cənab Qantzın səfərinin məqsədinə gəlincə, sizə deyə bilərəm ki, adətən, müdafiə nazirlərinin səfərləri media üçün sürpriz olur. Çünki nazirlərimiz səfər edərkən bunu şou üçün, sırf manşet üçün etmirlər, müzakirə olunacaq çox məqam var. Səfərin əsl məqsədi əməkdaşlığımızın mahiyyəti barədə müzakirələr aparmaqdan ibarət idi. Təəssüf ki, bu cür məsələlər barədə açıq danışa bilmərəm, amma sizə deyə bilərəm ki, İsraildə ümumi seçkilərə bir neçə gün qalmış hər hansı bir siyasətçinin seçki kampaniyasını tərk edib xarici ölkəyə getməsi çox çətindir. Müdafiə naziri bunu edirsə, deməli, bu, onun üçün və ölkələrimiz üçün çox vacib idi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
18:25 17.03.2025
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
18:18 17.03.2025
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
18:14 17.03.2025
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib