İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ və İsraillə bağlı sərt açıqlama verib. O bildirib ki, İran ölkəsinə qarşı başlatdığı iddia edilən müharibədə atəşkəs istəmir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, X sosial media platformasında yayılan mesajda Qalibaf təcavüzkara qarşı qətiyyətli cavab verilməli olduqlarını qeyd edib:
"Biz qətiyyən atəşkəs istəmirik; inanırıq ki, təcavüzkarın ağzına bir yumruq vurulmalıdır ki, dərsini öyrənsin və bir daha sevimli İranımıza hücum etməyi düşünməsin” - deyə o bildirib.
İran parlamentinin sədri əlavə edib ki, İsrail bölgədə müharibə, danışıqlar və atəşkəs dövrünü təkrar-təkrar tətbiq edir. Onun sözlərinə görə, Tehran bu dövrü qırmaq niyyətindədir.
Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Trumpın açıqlamaları bəzi dairələr tərəfindən ölkəsinin İsraillə birlikdə İrana qarşı başlatdığı iddia olunan müharibədə atəşkəs istəməsi kimi şərh olunmuşdu.
Gülay









































