Tehran-Bakı reysləri açıldı

Tehran-Bakı reysləri açıldı
SOSİAL
12:41 06.05.2025
363
Gündəlik Tehran-Bakı reysləri açılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib.

"Prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb”, - deyə İran hökumətinin rəsmisi bildirib.
OXŞAR XƏBƏRLƏR