Tehran müdafiədən hücuma keçdi - Hərbi doktrina dəyişdirildi

Tehran müdafiədən hücuma keçdi - Hərbi doktrina dəyişdirildi
DÜNYA
15:06 22.08.2026
240
İran Silahlı Qüvvələri müdafiə xarakterli hərbi doktrinasından imtina edərək hücum doktrinasına keçid edib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya deyib:

"Bu iki müharibə ərzində biz ölkənin hərbi doktrinasının tədricən müdafiədən hücum xarakterinə dəyişməsinin şahidi olduq. Söhbət 2025-2026-cı illərdə Birləşmiş Ştatlar və İsrailə qarşı aparılan hərbi əməliyyatlardan gedir. Yeni hücum doktrinası düşmənlərə qarşı qabaqlayıcı əməliyyatların keçirilməsini, həmçinin İrana qarşı istənilən təcavüz aktına dərhal və daha böyük miqyasda cavab verilməsini nəzərdə tutur”.

Xatırladaq ki, avqustun 21-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi də Birləşmiş Ştatlar tərəfindən gələn yeni təhdidlərə "sarsıdıcı” cavab veriləcəyini bəyan etmişdi. O vurğulamışdı ki, Tehran quruda, dənizdə, havada, hava hücumundan müdafiə sahəsində və hətta kiberfəzada hərəkətə keçməyə tam hazırdır.

Məlumat üçün bildirək ki, elə həmin gün ABŞ lideri 2026-cı ilin fevralında İrana hücum etməkdən başqa seçimlərinin olmadığını, İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verməmək üçün "bunu yüz dəfə də olsa yenidən edəcəyini” qeyd etmişdi
OXŞAR XƏBƏRLƏR