Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb

Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
DÜNYA
18:36 22.06.2025
267
İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir.

Bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-nin respublikanın nüvə obyektlərinə gecə endirdiyi zərbələri şərh edərkən deyib.

"Əvvəllər belə hallar olub ki, əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırmışıq. Təbii ki, bu sənaye bundan sonra da inkişaf etməlidir və onun inkişafı dayanmayacaq”, - Kamalvəndi bildirib.

Təşkilat nümayəndəsi vurğulayıb ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil:

"Onlar (ABŞ – red.) anlamalıdırlar ki, nüvə sənayesi ölkəmizdə dərin kök salıb və bu milli sənayenin kökünü qoparmaq mümkün deyil”.
 
/report
OXŞAR XƏBƏRLƏR