Tehranda dördmərtəbəli ev çökdü, ölənlər var

MARAQLI
12:11 30.10.2011
1497
Tehranda yağan aramsız yağış ötən axşam dördmərtəbəli evin çökməsinə səbəb olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.Trend-in Tehran yanğınsöndürmə idarəsinə istinadən verdiyi məlumata əsasən, hadisəyə 5 gündür davam edən aramsız yağış səbəb olub. 40 illik tarixi olan bina tamamilə dağılıb.İlk dəfədir ki, Tehranda ard-arda 5 gün yağış yağır, şəhərin əsas küçə və meydanlarında yağış suyu toplanıb. Yağış küçələrdə onsuz da tıxacları ilə məşhur olan Tehranda daha böyük tıxacların yaranmasına, bəzi yerlərdə telefon xətlərinin sıradan çıxmasına, bəzi regionlarda qazın kəsilməsinə səbəb olub.

OXŞAR XƏBƏRLƏR