İranın paytaxtı Tehranda tələbə yataqxanasında yanğın baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Tehranın Kərimxan xiyabanında yerləşən 10 mərtəbəli tələbə yataqxanasında baş verən yanğında 11 nəfər xəsarət alıb.
Yanğın zamanı yataqxananın damına çıxmış 150-ə yaxın tələbə yanğınsöndürənlər tərəfindən xilas olunub.