O aksiya ilə bağlı fikirlərini AZXEBER.COM ilə bölüşüb::
"Hər uşaq gözəldir. Onlar gözəl olduqca dünyamızda gözəl olacaq. Uşaqlara yardım kampaniyasına başladım. Hüseynin yaşı azdı, ama böyük ürəyi var. O, moykada işləyir. Atası yoxdur. İki yaşında qardaşı Həsənə və anasına kömək edir. Bu yaşda böyük yük altına girib. Bizdə çalışırıq Hüseyn kimi balaca dostlarımıza kömək edək. Hələlik 44 nəfər uşaq nəzərdə tutmuşam. Ama siz dəyərli dostlarımızın köməyi olsa bu sayını daha da çoxalda bilərik. Qabaqdan qış gəlir. Hər birinizə təşəkkür edirəm!".