Təhsil ictimaiyyəti ilə məktəbəqədər və ümumi təhsil müzakirə olundu

Təhsil ictimaiyyəti ilə məktəbəqədər və ümumi təhsil müzakirə olundu
SOSİAL
10:38 31.10.2025
100
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində məktəbəqədər və ümumi təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.
 
Tədbirdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin nümayəndələri, təhsil üzrə mütəxəssislər, ictimai təşkilatların, nazirlik yanında İctimai Şuranın üzvləri, pedaqoji mətbuatın və media qurumlarının təmsilçiləri iştirak ediblər.
 
İctimai dinləmənin məqsədi "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülmüş işlərin nəticələrini müzakirə etmək və növbəti dövr üçün prioritet istiqamətləri müəyyənləşdirmək olub.
 
Tədbir çərçivəsində əvvəlcə məktəbəqədər və ümumi təhsil üzrə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər barədə təqdimat nümayiş etdirilib. Ardınca "Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin və keyfiyyətinin artırılması” və "Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzularında müzakirələr aparılıb.
 
Müzakirələr zamanı məktəbəqədər təhsildə əhatəlilik, əlçatanlıq və inklüzivliyin artırılması, tədrisin məzmununun və pedaqoji potensialın gücləndirilməsi, eləcə də təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi məsələləri diqqət mərkəzində olub.
 
Ümumi təhsil istiqamətində aparılan müzakirələrdə tədrisin məzmununun müasir tələblərə uyğun yenilənməsi, müəllimlərin peşəkar inkişafının davamlı və sistemli şəkildə dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, tədris prosesində fərdiləşdirilmiş və inklüziv yanaşmaların tətbiqi, hər bir şagirdin potensialına və öyrənmə ehtiyaclarına uyğun təhsil mühitinin formalaşdırılması kimi prioritet istiqamətlər də vurğulanıb.

Tədbirdə həmçinin təhsil sistemində səmərəli idarəetmə və maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də rəqəmsal resurslara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı