Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
SOSİAL
15:26 02.02.2026
388
Ölkəmizdə təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən 528 şagird yerlik tam orta məktəbin tikintisi uğurla başa çatdırılıb.

AZXEBER.COM xəbər verir ki, müasir standartlara cavab verən təhsil müəssisəsi funksionallığı, təhlükəsizliyi və geniş tədris imkanları ilə seçilir. Məktəbin ümumi 31 227 m² ərazisində yaradılan yeni tədris mühitində təhsilin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait təmin olunub. Məktəbdə 21 sinif otağı, 1 məktəbəqədər hazırlıq otağı, 3 laboratoriya, 2 əmək otağı fəaliyyət göstərir. Şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün 3 informatika kabineti, eləcə də çağırışaqədərki hazırlıq məqsədilə 1 hərbi hazırlıq kabineti istifadəyə verilib.

Təhsil müəssisəsində kitabxana və oxu zalı yaradılıb, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və məktəbdaxili tədbirlərin keçirilməsi üçün akt zalı istifadəyə hazır vəziyyətə gətirilib. Məktəbdə, həmçinin yeməkxana və müasir idman zalı fəaliyyət göstərir. Məktəbin tikintisi çərçivəsində sosial-inzibati və mühəndis-kommunikasiya infrastrukturu tam şəkildə qurulub, ətraf ərazi abadlaşdırılıb.

Qalaqayın kənd tam orta məktəbinin istifadəyə verilməsi bölgədə şagirdlər üçün müasir, rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü