Təhsil işçilərinə TəhsilPlus kartları təqdim olundu

Təhsil işçilərinə TəhsilPlus kartları təqdim olundu
SOSİAL
14:12 05.06.2026
202
İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib.

TəhsilPlus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib. Layihənin regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına töhfə verməsi və onların müxtəlif güzəşt imkanlarından faydalanmasını genişləndirməsi məqsədilə ilk mərhələdə region üzrə xüsusi tərəfdaş şəbəkəsi də formalaşdırılıb.

Gəncə Dövlət Universitetində təşkil olunan ilk tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, millət vəkili Pərvin Kərimova, eləcə də ali təhsil müəssisələrinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil sahəsində çalışan şəxslərin sosial təminatının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr müəllim nüfuzunun artırılması, onların motivasiyasının gücləndirilməsi və peşə fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynayır. Eyni zamanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan bu kimi təşəbbüslərin təhsil işçiləri üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tədbir çərçivəsində TəhsilPlus kartı barədə təqdimat keçirilib. Təqdimatda kartın təqdim etdiyi üstünlüklər, tərəfdaş şəbəkələrində mövcud olan endirim və bonus imkanları haqqında məlumat verilib, həmçinin TəhsilPlus kartına dair videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Gəncə-Daşkəsən regionu üzrə ilk tərəfdaşlardan olan "Referans” tibb mərkəzinin Gəncə filialı TəhsilPlus kart istifadəçilərinə 10% endirim təqdim edir. Bununla yanaşı, "CityCard” ilə əldə olunmuş ilkin razılığa əsasən, növbəti aylardan etibarən TəhsilPlus kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəşt mexanizmləri istifadəyə veriləcək.

Tədbirin gedişatında universitet rektorlarına və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin bir qrup nümayəndəsinə TəhsilPlus kartları təqdim edilib.

Eyni gündə keçirilən ikinci tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində baş tutub. Tədbirdə Təhsilin İnkişafı Fondunun, Kapital Bank-ın rəsmi nümayəndələri, Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin tabeliyində olan 6 rayon üzrə sektor müdirləri, region üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.

Mərasim zamanı sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərə TəhsilPlus kartları təqdim olunub.

Qeyd edək ki, TəhsilPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard” qlobal texnologiyalar şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə təhsil işçiləri üçün əlavə sosial dəstək imkanlarının yaradılması, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına şərait yaradılması və sosial rifahının yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
16:34 05.06.2026
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”