Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə

Təhsil naziri ilə görüşmək istəyənlərin nəzərinə
Bütün Xəbərlər
11:25 15.04.2014
549
Təhsil naziri Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək. 
Təhsil Nazirliyindən verilən 21 aprel tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq qəbul keçirəcək.Nazir İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 17 və 18 aprel 2014-cü il tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi https://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
OXŞAR XƏBƏRLƏR