Təhsil Nazirliyi TQDK-ya "yox" dedi

SOSİAL
13:47 16.05.2016
1847
Təhsil Nazirliyi bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi ixtisaslara qəbul qaydalarında dəyişiklərin edilməsi ilə bağlı təkliflərini qəbul etməyib.
 TQDK-nın ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya açıqlamasında deyib ki, bu il Azərbaycan və Rus bölməsi üzrə bəzi ixtisaslara birgə müsabiqənin keçirilməsi barədə Təhsil Nazirliyinə təklif edilib. Onun sözlərinə görə, keçən il Hüquq fakültəsinə Rus bölməsinin abituriyentləri 285 balla, Azərbaycan bölməsinin abituriyentləri isə 500-dən yuxarı balla qəbul olub: "Bu da uyğunsuzluq və abituriyentə qarşı haqsızlıqdır. Rus bölməsinin abituriyenti 285 balla Hüquq fakültəsinə qəbul olur, Azərbaycan bölməsinin ondan iki dəfə çox bal toplayan (490 bal) abituriyenti Hüquq fakültəsinə qəbul edilmir".
Şöbə müdiri qeyd edib ki, bəzən Rus bölməsi üzrə müəyyən ixtisaslara az sayda abituriyent sənəd verir. Məsələn, hansısa ixtisas üzrə 15 yer ayrılırsa, ora 10 abituriyent müsabiqə şərtini ödəyir və nəticədə 5 yer boş qalır: "Azərbaycan bölməsində isə ayrılan yerlərə çox abituriyent qəbul olmaq istəyir, amma qəbul üçün yer olmur. Bu, müəyyən qədər Azərbaycan və Rus bölməsin arasında kiminsə haqqını digərinə vermək olur".
N.Əliyev qeyd edib ki, bu və ya digər məsələlərlə bağlı Təhsil Nazirliyinə təklif edilmişdi. Təhsil Nazirliyinin TQDK-nın təkliflərini qəbul etmədiyini deyən şöbə müdiri əlavə edib ki, bu il yenə də Azərbaycan və Rus bölməsi üzrə qəbul-müsabiqə ayrılıqda aparılacaq. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan üçün kadrların hazırlanmasıdırsa, bölmələr üzrə fərq olmamalıdır: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da hər hansı ixtisas üzrə qəbul planının ləğv edilməsini yox, bəzi ixtisaslar üzrə plan yerlərinin sayının azaldılmasını təklif edir. Bunlar əsasən, əmək bazarında tələbat az və müsabiqə vəziyyəti aşağı olan ixtisaslardır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər