Təhsil Nazirliyindən 5,6 milyon manatlıq tenderlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən 5,6 milyon manatlıq tenderlə bağlı AÇIQLAMA
SOSİAL
18:54 22.11.2021
400
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov 5,6 milyon manatlıq tenderlə bağlı açıqlama verib.

AZXEBER.COM-un məlumatına görə, Nazirliyin sektor müdiri açıqlamanın noutbukların alınması ilə bağlı dezinformasiya xarakterli şərhlərə cavab olaraq edildiyini bildirib.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 2021-ci il ərzində ayrılmış büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin noutbuklarla təmin olunması məqsədi ilə satınalınma üzrə tender elan edilmişdir. Tender nəticəsində qalib gəlmiş "İnfinitech” MMC ilə 19 noyabr 2021-ci il tarixində 6 874 ədəd noutbukun alınması üzrə 5 604 922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb”, - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR