Ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hazırda sənəd qəbulu ilə bağlı rəsmi qayda və formaların təsdiqi üzrə inzibati hazırlıq işləri görülür: "Yaxın vaxtlarda ictimaiyyətə məlumat açıqlanacaq”.