Rusiya Təhsil Nazirliyinin binasına donuz balası buraxıblar. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, naməlum 3 nəfər dələduz Nazirliyin binasına daxil olub. Onlar əvvəlcə ətrafa vərəqlər dağıdıblar, daha sonra isə əllərində gətirdikləri kisədən 6 baş donuz balasını kisədən çıxararaq qurumun binasına buraxıblar. Qeyd edək ki, artıq dələduzlar saxlanılıb.