“Təhsildə əməkdaşlıq və innovasiya” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Təhsildə əməkdaşlıq və innovasiya” mövzusunda tədbir keçirilib - FOTOLAR
SOSİAL
15:23 25.12.2025
361
ADMİU nəzdində Humanitar Kollecdə "Təhsildə əməkdaşlıq və innovasiya” mövzusunda tədbir təşkil edilib.
 
Tədbirin əsas məqsədi təhsildə əməkdaşlıq imkanlarının genişləndirilməsi, innovativ yanaşmaların təşviqi və bu sahədə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi olub.

AZXEBER.COM xəbər verir ki, proqram çərçivəsində qonaqlar əvvəlcə Kollecin Dekorativ tətbiqi sənət və bədii xalça ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Akt zalında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi hissədə ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova açılış çıxışı edib. O, təhsildə əməkdaşlıq və innovativ yanaşmaların əhəmiyyətindən, beynəlxalq tərəfdaşlıqların rolundan bəhs edib.

Ardınca millət vəkilləri Günay Ağamalı və Müşfiq Cəfərov çıxış edərək təhsilin inkişafı, gənclərin təşəbbüslərinin dəstəklənməsi və innovativ təhsil mühitinin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

Çıxış edənlər arasında Media Şurasının İdarə Heyətinin üzvü, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, İstanbul Aydın Universitetinin nümayəndəsi Vüsalə Hüseynova, "Edutime” Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Fərid Şahbazlı və mərkəzin əməkdaşı Ləman Heydərli də olub. Onlar təhsil–media əməkdaşlığı, beynəlxalq təcrübə və innovativ təhsil layihələri barədə fikirlər səsləndiriblər.

Görüş çərçivəsində ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralovaya təhsilin inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə plaketi təqdim olunub.

Daha sonra "Edutime” Təhsil və İnkişaf Mərkəzinin təşkil etdiyi təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub. Bildirilib ki, təlimin tərəfdaşları İstanbul Aydın Universiteti və Kıbrıs Aydın Universitetidir.

Proqram bədii hissə ilə davam edib. Mini konsertdə kollecin müəllim və tələbə heyətinin təqdimatında "Ritm kompozisiyası”, "Bulaq suyu, dağ havası”, "Sevgilim” və "Zəngəzur” adlı musiqi əsərləri səsləndirilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR