"Tək qalanlar cütləşsinlər" - Ərə getmək istəyən Mənzurə

"Tək qalanlar cütləşsinlər" - Ərə getmək istəyən Mənzurə
MAQAZİN
13:19 11.01.2019
3206
Mənzurə Musayeva son zamanlar qonağı olduğu bütün proqramlarda hər kəlməsinin əvvəlində, sonunda təklikdən şikayətlənir.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, 48 yaşlı xanım müğənni bu adətinə "Şou ATV" proqramında da sadiq qalıb.

Mənzurə "İnşallah, bu il bizə düşərli olsun. Tək qalanlar cütləşsinlər. Necə dedim?" deyib.

Onun bu ifadələri aparıcı Nanə başda olmaqla tamaşaçıların da gülüşünə səbəb olub.

Xatırladaq ki, müğənni "Hər şey daxil" və "5/5"də çıxdığı son efirlərində təklikdən bezdiyini, həyatında sevəcəyi şəxsin olmağını istədiyini bildirmişdi.
OXŞAR XƏBƏRLƏR