“Tək səbir”in aparıcısı uzun illər sonra üzə çıxdı - VİDEO

“Tək səbir”in aparıcısı uzun illər sonra üzə çıxdı - VİDEO
MAQAZİN
16:32 09.02.2026
637
Hazırda ABŞ-də yaşayan, bir zamanların məşhur "Tək səbir”, "Taksi" kimi verilişlərinin rejissoru və aparıcısı olmuş Həsən Əliyev uzun müddət sonra üzə çıxıb.
 
AZXEBER.COM xəbər verir ki, məşhur aparıcı ABŞ-a gəlmək xəyalları quran vətəndaşlara məlumat xarakterli videoçarx paylaşaraq məsləhətlər verib.
  
"95% insan Amerikaya gələndə böyük xəyallarla gəlir. Elə bil ki, Amerika ona qucaq açacaq və deyəcək ki, "Nə yaxşı sən gəldin? Neçə illər idi ki, harada idin? Təbii ki, bu belə deyil. Təkcə Amerika yox, bütün Avropada sən heç kimə lazım deyilsən. Sən gəlib bu ölkəyə özünü satmalısan, təqdim etməlisən”.

O xaricə köçmək istəyən vətəndaşlara da müraciət edib: 
 
"Xarici ölkələrə üz tutan insanların səhvi ondadır ki, onlar düşünür ki, gedib orada hər şeyi bacaracaqlar. Gəldin bu ölkəyə, onlara nə təklif edə billərsən? Mən desəm ki, Azərbyacanda aparıcı olmuşam, deyəcək onda bura niyə gəlmisən? Sən Amerikada tanınmış həkim, professor da ola bilərsən. Amma Amerikaya gələndə hər şeyi sıfırdan başlamalısan" -deyə, keçmiş aparıcı bildirib.

Aparıcının çıxışını təqdim edirik:
 
Aysel



OXŞAR XƏBƏRLƏR